2023-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 69 yeni müəssisə və təşkilat, 1238 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
Cari ilin birinci yarısında işğaldan azad edimiş rayonlarda 623 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 68%, fərdi sahibkarlıq subyektlərinin sayı 11%, yeni iş yerlərinin sayı isə 2.4 dəfə artıb.
Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (18) və fərdi sahibkarlıq subyekti (472) Ağdamda, ən çox iş yeri isə Laçında (328) və Şuşada(177) yaradılıb.
Aşağıdakı cədvəldə, 2023-cü ilin birinci yarısı üzrə azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin və iş yerlərinin siyahısı verilib.