Infoteka.az
Dünya

Kreml Putinin beynəlxalq səfərlər planlaşdırıb-planlaşdırmadığına aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq səfərləri planlaşdırılır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bu barədə sizə vaxtında məlumat verəcəyik. Məlum səbəblərə görə biz bunu əvvəlcədən açıqlamaq istəmirik”, - Kremlin sözçüsü Beynəlxalq Cinayət Məhkəməsinin mart ayında verdiyi orderi nəzərə alaraq prezidentin səfərlərinin planlaşdırılıb-planlaşdırılmaması sualına cavabında deyib.

Qeyd edək ki, Kreml Haaqa məhkəməsinin məlum qərarını qəbuledilməz və hüquqi cəhətdən etibarsız adlandırıb.

Infoteka.az