Infoteka.az
Hadisə

Xankəndidə iki nəfər Araik Arutunyanın oturduğu binaya girərək atəş açıb

Xankəndidə naməlum şəxslərin Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyanın oturduğu binaya girərək atəş açmasını bəzi təfərrüatları məlum olub.

Məlum olub ki, Xankəndidə yaşayan iki nəfər – A. V. (1983-cü il təvəllüdlü) və A. A. (1981-ci il təvəllüdlü) avqustun 28-i saat 03 radələrində sərxoş vəziyyətdə binaya və yaxınlıqdakı şəxslərə avtomat silahdan atəş açıb.

Həmin şəxslər saxlanılıb.

Infoteka.az