Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Döyüş Qardaşlığı-2023” birgə əməliyyat-strateji təlimi sentyabrın 1-dən 6-dək Belarus ərazisində keçiriləcək.
Bu barədə KTMT-nin qərargahının rəhbəri Anatoli Sidorov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, KTMT-nin Belarusda keçirilən təlimlərinə müşahidəçi qismində Səudiyyə Ərəbistanı, İran, Çin və Monqolustan nümayəndələri dəvət olunub.
Sidorov həmçinin qeyd edib ki, KTMT-nin Belarusda keçiriləcək təlimlərində əsas diqqət PUA-lardan istifadə və onlarla mübarizə tədbirləri olacaq.