Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə daha bir küçədə sürət həddi endirilib.
Bu gündən etibarən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.