Ukrayna müdafiə nazirinin müavini Anna Malyar cənub cəbhəsindəki Robotin kəndini Rusiya qoşunlarından azad etdiklərini bildirib.
Malyarın cəbhədəki vəziyyətlə bağlı bəyanatı Ukrayna Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzinin sosial media hesabında paylaşılıb.
A.Malyar Ukrayna ordusunun cənub cəbhəsində uğur qazandığını bildirərək “Robotin xilas edilib və qoşunlarımız qəsəbənin cənub-şərqinə doğru irəliləyir. Ukrayna ordusu şərq cəbhəsində Baxmut istiqamətində irəliləyişini davam etdirir. Keçən həftə orada daha 1 kvadrat kilometr ərazi xilas edilib. İndiyədək Baxmut istiqamətində ümumilikdə 44 kvadrat kilometr ərazi xilas edib" deyib.