Almaniyanın BMW şirkəti “X5” krossoverinin genişləndirilmiş variantını nümayiş etdirib.
2023-cü ilin fevralında BMW qlobal bazar üçün “X5” və “X6” krossoverlərini yeniləyib. Avqustda isə çinli müştərilər üçün yeni model hazırlanıb. Restaylinq Şenyandakı BMW “Brilliance Automotive” birgə müəssisəsinin Dadong zavodunda istehsal olunan BMW “X5”ə təsir etdi. Avtomobil qlobal modifikasiyalarla eyni şəkildə yenilənib, lakin bir nüans var - Çində krossover yalnız təkər ölçüsü ilə fərqlənir. Krossover 48 voltluq hibrid sistemli iki benzin mühərriki ilə mövcuddur.
Yeni “X5” 130 millimetr uzanıb. Bu artım isə arxada sərnişinlər üçün yeri artırmağa sərf olunub. Krossoverə uzunsov arxa qapılar və xüsusi ikinci sıra oturacaqlar əlavə olunub ki, bu da minmə və enmə, eləcə də sürücülük rahatlığını artırır.
BMW “X5” xDrive30Li 258 at güclü 2,0 litrlik dörd silindrli blokla, BMW “X5” xDrive40Li isə 380 at güclü 3,0 litrlik altı silindrli mühərrikə malikdir. Bu mühərriklər 8 pilləli Steptronic avtomatik transmissiya və xDrive ilə birləşir.
Vizual olaraq yenilənmiş modeli daha dar faralar, X formalı lampa naxışı, işıqlandırılmış Iconic Glow barmaqlığı ilə müəyyən etmək olar. Salonda 12,3 düymlük rəqəmsal alət panelini və 14,9 düymlük sensor ekranlı multimedia sistemini özündə birləşdirən BMW Live Cockpit Plus alət paneli də yenilənib.