Bir smartfondan uzun müddət istifadə etmək zamanla müəyyən funkisiyalarının əvvəlki qədər yaxşı işləməməsinə səbəb olur. Nəticə etibarilə insanlar telefonunu dəyişmək qərarına gəlirlər.
Smartfonunuzu dəyişdirmək üçün 3 səbəb məlum olub.
1. Batareya tez tükənir
Smartfondan uzun müddət istifadə etmək batareyanın tutumu tədricən azalmasına səbəb olur. Bundan əlavə, batareyanın işinə təsir edən bir sıra digər amillər də var. Çoxsaylı mürəkkəb tapşırıqlar enerjinin tez bitməsinə səbəb olur.
2. Yaddaşın dolması
Çox vaxt proqramlar yaddaşı yükləyir, prosessoru gərginləşdirir və batareyanın ömrünü azaldır. Smartfonlar enerjisinin bir hissəsini siqnal gücü az olan ərazilərə sərf edir, belə hallarda təyyarə rejimini aktivləşdirmək tövsiyə olunur.
3. Əməliyyat sisteminin yavaş işləməsi
Əgər bir neçə il yeni smartfon aldıqdan sonra SMS mesajlarının açılmasının uzun sürdüyünü və zəng düyməsini basaraq bir neçə dəqiqə daha gözləməli olduğunuzu görürsünüzsə, telefonunuz köhnəlmişdir. Əməliyyat sisteminin ləng işləməsinin səbəbi çoxlu sayda proqram və oyunların olması ola bilər.