Infoteka.az
Dünya

Kreml Ay missiyasının uğursuzluğuna aydınlıq gətirib

Kreml “Luna-25” Ay missiyasının uğursuzluğunda heç bir qəbahət görməyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təbii ki, bütün ölkə Ayın missiyasını izləyib. Ancaq biz bilirik ki, ulduzlara gedən yol tikanlıqlardan keçir, ona görə də bunda dəhşətli bir şey yoxdur. Əsas odur ki, Ay elementini də ehtiva edən unikal Rusiya kosmik proqramını davam etdirək”, - deyə Rusiya prezidentin sözçüsü vurğulayıb.

O qeyd edib ki, kosmik proqramın uğursuzluqlar olmadan həyata keçirilməsi qeyri-mümkündür, lakin bu, saçını-başını yolmaq üçün səbəb deyil.

Infoteka.az