Infoteka.az
Sosial

Bakıdan Xankəndiyə yola salınan 40 ton unla yüklü avtomobillər Hacıqabula çatıb

Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru irəliləyir.

Unla yüklü iki avtomobil hazırda Hacıqabul rayonu ərazisindədir.

Qeyd edək ki, 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub. “İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - deyə Novruz Aslan vurğulayıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qeyri-siyasi, qeyri-hökumət təşkilatı olduğunu diqqətə çatdıran Novruz Aslan ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün daha sonra da yardımlar göndərə biləcəklərini bildirib.

Infoteka.az