Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzasında ölən Vaqner Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfnində iştirak etməyəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kremldə Priqojinin dəfni haqqında məlumat yoxdur və Putinin dəfn mərasimində iştirakına baxılmır.