Infoteka.az
Sosial

“Özünəməşğulluq proqramı, mərhələləri, qaydaları” adlı dəyirmi masa keçirilib

Avqustun 29-da Suraxanı rayonunda Rayon İcra Hakimiyyətinin dəstəyi və “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Özünəməşğulluq proqramı, mərhələləri, qaydaları” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Xanım Əhmədzadə, layihənin eksperti Aybəniz Əliyeva, Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Səxavətdin Ramazanov, RİHB-nin qəsəbə ərazi dairələri üzrə nümayəndələr və RİHBA-nın əməkdaşları iştirak ediblər.

Tədbiri açıq elan edən RİHB-nin müavini tədbir iştirakçılarını salamlayaraq qonaqları təqdim edib. Həmçinin, bildirib ki, Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olan məsələdir. Bu, Prezident cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə daxili ehtiyat mənbələrindən geniş istifadə olunur. Eyni zamanda, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində Özünüməşğulluq proqramına xüsusi yer ayrılır. Bu proqram ölkədə işsizliyin və yoxsulluğun azalmasına və iqtisadiyyatın daha da dayanıqlı olmasına yol açır.

Sonra “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Xanım Əhmədzadə çıxış edərək layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Layihənin eksperti Aybəniz Əliyeva da özünüməşğulluq proqramının üstün tərəfləri, mərhələləri, eləcə də təşkili qaydaları barədə ətraflı izah verdikdən sonra müzakirələr aparılıb.