Hərbi qiyamın baş verdiyi Qabonda Prezident Ali Bonqo Ondimba ev dustaqlığına yerləşdirilib.
Bu barədə dövlət televiziyası məlumat verib.
“Prezident Əli Bonqo Ondimba ailəsi ilə birgə və həkimlərin nəzarəti altında ev dustaqlığındadır” - televiziyada oxunan bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin bildirilir ki, dövlət başçısının oğullarından biri dövlətə xəyanətə görə həbs edilib.
Xatırladaq ki, bu gün Qabon Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini, avqustun 26-da keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər.