Infoteka.az
Dünya

Rusiya raket hücumlarını artırıb

Ukraynada müharibə davam edir.

Ötən gecə Kiyev, Jitomir və Çerniqov vilayətləri dayanmadan raket hücumuna məruz qalıb.

“Rusiya ordusu Kiyev şəhərində, Dnepr çayının sol sahilindəki əraziləri bir gecədə 25 dəfə hava hücumuna məruz qoyub. Ölən və yaralananlarla bağlı hələ ki məlumat yoxdur”, - deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, ukraynalı hərbi ekspertlər bir aylıq sakitlikdən sonra Rusiya ordusunun hava zərbələrini yenidən artırmasını yaxın aylarda Belarusdan hücumun olacağının siqnalı kimi qiymətləndirirlər.

Infoteka.az