UEFA Çempionlar Liqasında qrup mərhələsinin son iştirakçıları müəyyənləşib.
Bu, pley-offda üç cavab görüşündən sonra bəlli olub.
Qarşılaşmaların ardından Niderlandın PSV, Danimarkanın “Kopenhagen” və Belçikanın “Antverpen” komandası qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak hüququ əldə edib.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
AEK (Yunanıstan) - “Antverpen” (Belçika) - 1:2
İlk oyun – 0:1
“Kopenhagen” (Danimarka) - “Rakuv” (Polşa) - 1:1
İlk oyun – 1:0
23:00. PSV (Niderland) - “Reyncers” (Şotlandiya) - 5:1
İlk oyun – 2:2
Qeyd edək ki, daha əvvəl “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zaltsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda”nın (Serbiya) qrupda iştirakı dəqiqləşib.