Infoteka.az
Dünya

Polşa hərbi helikopteri Belarus sərhədini pozub

Polşa hərbi helikopteri Belarus sərhədini pozub.

Bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb.

"Sentyabrın 1-də günorta saatlarında Belarus sərhədçiləri Qrodno vilayətinin Berestovitski rayonunda Polşa tərəfindən hava məkanının pozulmasını qeydə alıblar. Polşaya məxsus "Mi-24" hərbi helikopteri dövlət sərhədini aşağı hündürlükdə keçərək, yüksəkliyə uçub. Belarus ərazisinə daxil olan helikopter sonra geri qayıdıb”, - deyə bildirilib.

Sərhəd komitəsi bildirib ki, bu hadisə ilə bağlı Polşa tərəfi məlumatlandırılıb.

Infoteka.az