Infoteka.az
Siyasət

Hikmət Hacıyev TDT-in Baş katibi ilə görüşüb

Sentyabrın 2-də İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin binasında TDT-nin Baş katib Kubanıçbek Ömüraliyev Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə təşkilatın saytında məlumat yayılıb.

Bildirilir ki, görüş zamanı K.Ömüraliyev və H.Hacıyev TDT-nin gündəliyində duran məsələləri və qarşıdan gələn TDT tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər.

Tərəflər türk dünyasında baş verən son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.

Infoteka.az