BMT taxıl sazişinin bərpası ilə bağlı yeni təkliflər paketində bir sıra Rusiya şirkətlərinin aktivlərinə qoyulmuş qadağaların ləğvini, həmçinin “Rosselxozbank”ın yenidən SWIFT sisteminə qoşulmasını təklif edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, BMT Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən işə salınması üçün səylərini davam etdirir.
Belə ki, ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra qurumun Rusiya üçün yeni təkliflərinin olduğunu açıqlasa da, detalları açıqlamayıb.
Bildirilib ki, BMT Rusiyaya “Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT sisteminə yenidən qoşulması və Rusiya gübrə şirkətlərinin Avropadakı aktivlərinin dondurulması” üçün səy göstərəcəyini vəd edib. Bu təkliflər BMT-nin taxıl sazişinin yenidən işə salınması üçün yeni təşəbbüslər paketinin kritik bir hissəsini təşkil edir.