İspaniya çempionatının 4-cü turu çərçivəsində keçiriləcək “Atletiko” - “Sevilya” matçı bazar günündən daha sonrakı tarixə təxirə salınıb.
Məlumata görə, La Liqa əvvəlcə məsələni klublarla müzakirə edərək fırtına xəbərdarlığı səbəbindən bu qərarı verib.
Qeyd edək ki, Madriddə 3 sentyabr tarixində qırmızı həyəcan elan edilib.
Hazırda “Atletiko” La Liqada 3 turdan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Sevilya” isə 0 xalla sonuncu 20-ci yerdədir.