Infoteka.az
Hadisə

Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib, dağıntılar var

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.

Infoteka.az