Infoteka.az
Mədəniyyət

Xalq artisti Ramiz Novruz vəfat edib

Dövlət Akademik Milli Dram Teatrı xalq artisti Ramiz Novruzun vəfatı ilə əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:

"Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz vəfat edib.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və kollektivimiz adından Ramiz Novruza Allahdan rəhmət diləyir,ailə üzvləri və yaxınlarına səbr arzulayırıq.

Ruhu şad olsun!"

Xalq artisti xərçəng xəsətəliyindən əziyyət çəkirdi.

 

 

Infoteka.az