Infoteka.az
Mədəniyyət

“Oskar”da 62 illik qırmızı xalça ənənəsi sona çatdı

Bu il 95-ci dəfə keçiriləcək “Oskar” mükafatlandırma mərasimində dəyişiklik qırmızı xalçadan başlayıb.

Bu barədə mərasimin aparıcısı Cimmi Kimmel məlumat verib. Bu il xalça şampan rəngində olacaq. Aparıcı rəng dəyişikliyinin səbəbini zarafatla izah edərək, Uill Smitin Kris Roka vurduğu yumruğu xatırladaraq - “Bu il qan tökülməyəcək!”, - şərhini əlavə edib.

Qeyd edək ki, “Oskar” mükafatlandırma mərasimi martın 12-də keçiriləcək.

Infoteka.az