Infoteka.az
Mədəniyyət

Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 98 il ötür

Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil onun “əyninə biçilmişdi”, onun üçün yazılmışdı. Başqa biri heç vaxt onun kimi bu obrazları yarada bilməzdi və ya yaratsaydı belə bu qədər böyük tamaşaçı alqışı qazanmazdı. O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim seçilib-fərqlənib. İllər, qərinələr ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.

Əslən Qubadan olan Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda Səfər kişi və Qızılgül xanımın ailəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Bəşir orta məktəbin yeddinci sinfində oxuyanda ailə vəziyyətinin ağırlaşması ucbatından məktəbdən uzaqlaşmalı olub. Ailəsinə maddi köməklik göstərmək üçün işləməli olan Bəşir on dörd yaşında şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir Səfəroğlu 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu teatra xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun.

Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib.

Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovların klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları “Möhsün” (“Beş manatlıq gəlin”, dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), “Qaradavoy” və “Çiko” (“Keto və Kote”, Vladimir Dolidze), “Usta Məhərrəm”, “Qoçu Əsgər” və “Məşədi İbad” (“Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), “Uzun” və “Nəcəf” (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), “Qədir” və “Gülümsərov” (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), “Səlyanski” və “Qəhrəman” (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov), “Ohan yüzbaşı” və “Hacı Qara” (“Xəsis”, Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi) olub. Bəşir Səfəroğlu “Azərbaycanfilm”in istehsal etdiyi “Əhməd haradadır?” və “Ulduz” filmlərində “Sərxoş” və “Gülümsərov”, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri” kinolentində “Xacə Nəsrəddin” rollarını ifa edib.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında “Gəlməli, görməli, gülməli” miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idi. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Bəşir Səfəroğlu iki dəfə ailə qurub. Birincə dəfə evləndiyi həyat yoldaşından qızı Afaq Bəşirqızı doğulub. Lakin, aktyorun həyat yoldaşı gənc yaşında vəfat edib. Bundan sonar Bəşir Səfəroğlu ikinci dəfə ailə qurub. Afaq xanım bir müddət nənəsinin himayəsində yaşasa da, Bəşir bu ayrılığa dözməyib, qızını evinə, öz yanına gətirib.

Çox sərt xasiyyəti olub. Qızı Afaq Bəşirqızının aktrisa olmasını istəməyib. Amma deyilənə görə qızı Afaq səhnəyə çıxanda tamaşa vaxtı bir neçə dəfə onun səhnənin kənarından izləyib. Lakin, bunu gizlin edib ki, qızı bundan xəbər tutmasın.

Dini ehkamlara hörmət eləyən, əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən insan olub. Aktyor səhnədə komik aktyor olsa da, kənarda, ailədə özünü çox ciddi aparırmış.

Aktyorun ailəsi əvvəlcədən çox kasıb olublar. Müharibəyə gedib-gələndən sonra mədəsi ağrımağa başlayıb, amma kasıb olduqlarına görə yaxşı müalicə ala bilməyib, mədəsində yara əmələ gəlib. Bu yara isə sonradan xərçəngə çevrilib.

Aktyorun özünə bildirməsələr də, sağalmaz xəstəliyə tutulduğunu bilirmiş. O, günü-gündən zəifləyir, heç nə yeyə yeyə bilmir. Rauf Kazımovski onunla yaxın dost olub. Onun son tamaşasını və son günlərini lentə aldırıb. Aktyor öz arzusu ilə son dəfə "Milyonçunun dilənçi oğlu" tamaşası ilə səhnəyə çıxıb. Bu tamaşadan 12 gün sonra isə dünyasını dəyişib.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.

Bəşir Səfəroğlu xəstəxanada yatanda 50 yaşı tamam olub. Lütfəli Abdullayevlə Şəmsi Bədəlbəyli Mərkəzi Komitəyə zəng edib Bəşir Səfəroğlu üçün xalq artisti adının verilməsini istəyirlər. Şəmsi müəllim "Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var, ya yox. Biz bu gün səhnədə tamaşadan sonra onu xalq artisti kimi təqdim edəcəyik", - deyib dəstəyi asır. Bəşiri xəstəxanadan gətirirlər. Üstündən bir az keçməmiş xalq artisti təqdimatı da hazır olur.

Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluya Azərbaycanın “Əməkdar artisti”, 25 iyun 1968-ci ildə “Xalq artisti” fəxri adları verilib.

Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri xiyabandadır.